Məhbusların əməyə cəlb edilməsinin hansı faydalı cəhətləri var? - MÜNASİBƏT BİLDİRİLDİ
"Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar suvenirlər, təsbehlər, domino, balaca oyuncaq gəmilər və sair düzəldirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq, hüquqşünas Fərhad Mehdiyev deyib.

O, bildirib ki, işin qanunda yer almasının üç səbəbi var: "Əsas səbəbi məhbusların psixoloji sağlamlığının yerində olması üçündür. Çünki onlar cəzaçəkmə müəssisələrində keçirdikləri müddətin bir hissəsini təcrid olunmuş vəziyyətdə otaqlarında keçirirlər. Yeməkdən başqa gəzinti, idman saatları var. Üçüncüsü isə əməklə məşğul ola bilirlər. Əməklə məşğuliyyət onların psixoloji sağlamlığı üçün vacibdir. İnsan nə iləsə məşğul olanda stress atır, fiziki yorğunluq beyni məşğul edir. 100 il bundan əvvəl azadlıqdan məhrum edilmişləri işlədirdilər. Onların işlədilməsinin məqsədi etdikləri əmələ görə peşmanlıq hissi çəkdirmək idi. İş şərtləri çox ağır idi. Bu gün məhkumların əməyə cəlb olunması məqsədi başqadır: 1. Onlara çətinlik yaratmaq deyil, psixoloji sağlamlıqlarını qorumaqdır.
2. Cinayətkar həyat tərzi sürənlər azadlıqdan məhrum edilir. Onlar əməyə öyrəşməyiblər, hansısa ixtisas, sənətləri yoxdur. Ona görə həmin məhbuslara peşə, sənət öyrətmək məqsədi daşıyır. Azadlığa çıxdıqdan sonra təkrar cinayət əməli ilə məşğul olmasınlar, öz ehtiyaclarını peşələri ilə ödəsinlər.
3. Məhbuslar əməyə cəlb olunduqda müəyyən qədər pul alırlar. Yüksək məbləğ olmasa da, o pulun bir hissəsini öz ehtiyacları üçün, bir hissəsini də ailələrinə göndərə bilirlər".
"Təəssüf ki, bütün cəzaçəkmə müəssisələrində əməyə cəlb olunma həyata keçirilmir. Məhbuslara dəmirin, taxtanın yonulması kimi sənət öyrədilsə daha yaxşı olar. Bu sənətkarlar mülki şəraitdə də qiymətli olurlar, yaxşı da qazanırlar, onlara tələbat da var. Məhbuslar azadlığa çıxdıqdan sonra rahatlıqla bu peşələrini həyata keçirib özlərinə normal məvacib və dolanışıq təmin edə bilərlər. Bunun üçün avadanlıqlar və öyrədən şəxslər olmalıdır. Təəssüf ki, bunlar köhnəlmiş sənət növləridir. Bəzi cəzaçəkmə müəssisələrində bu var. Daha sonra məhbuslar cəzaçəkmə müəssisəsinin işlək və salamat vəziyyətdə qalması üçün tələb olunan təmizlik, təmir-bərpa işlərinə cəlb olunurlar. Azadlığa buraxıldıqdan sonra da öz yaşayışını cinayətkar əmələ əl atmadan təmin etmə imkanı qazanırlar"- deyə hüquqşünas əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB