“Qısqanclıq insanın xarakterinə və yaşadığı travmalara bağlıdır. Qısqanclıq insanın psixologiyasına çox mənfi təsir göstərir, çünki insan nə özü rahat ola bilmir, nə də qarşı tərəfi rahat buraxa bilmir”. Bunu SİA-ya açıqlamasında ailə uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, bəzən qısqanclıq genetik faktorda da rol oynayır: "Ailədə valideynlərdən biri, qohum arasında hər hansı birində qısqanclıq hissləri yüksək olursa, bu uşaqlarda da olur və onlar bu cür böyüyür: “Qısqanclığı biz sadəcə qadın-kişi münasibətində deyil, həmçinin bacı-qardaş, dostluqda da görürük. Əgər biz qısqanclığın sırf sevgi münasibətləri olan tərəflərinə baxarıqsa bu yaşdan asılıdır və uşaqlıqda olan qısqanclıqla yeniyetməlik yaşının fikri tamam fərqlidi. İki insan arasında bağlılıq yüksək olarsa güvənsizlik olur və burada qısqanclıq artır. Dostlar arasında daha çox bu səbəbdən qısqanclıq ola bilər. Bu bəzən uğurla əlaqəli olur və qarşı tərəfin uğurunu qəbul edə bilməməkdir".
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB