Qızılca ilə qripi necə fərqləndirmək lazımdır? - HƏKİM İZAH ETDİ
“Qızılca ilə qripin bir neçə oxşar və fərqli cəhətləri mövcuddur. Hər ikisi virus tərəfindən yaradılır. Belə ki, qızılca qızılca virusu, qrip isə üç qrip virusu tərəfindən yaradılır”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qrip daha çox yuxarı tənəffüs yolları ilə bağlı olub, asqırma, öskürmə, qıcıqlanma, burun axması kimi əlamətlərlə xarakterizə olunur: “Düzdür, bəzi hallarda qripin özü də fərqli performans göstərə bilir. Amma qızılca bir qayda olaraq qızdırma ilə başlayır, halsızlıq ilə davam edir. Sonda isə dəridə səpkilərlə müşaiət olunur. Təbii ki, başlanğıcda bu iki xəstəliyi biri-birindən ayırmaq çətin olur. Amma istənilən halda bir neçə gündən sonra xəstəliyin gedişi onun hansı xəstəlik olması haqqında xəbər verir. Hər iki xəstəlik zamanı yataq rejimi, çoxlu maye qəbulu və həkimin məsləhətlərinə əməl etmək tələb olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB