Əməliyyat zamanı yaranan risklər: MƏSULİYYƏT KİMDƏDİR? - ŞƏRH EDİLDİ

Əməliyyat zamanı yaranan risklər: MƏSULİYYƏT KİMDƏDİR? - ŞƏRH EDİLDİ

""Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: "Tibbi xidmətinin göstərilməsi zamanı vətəndaşın həyat və sağlamlığına zərər dəydikdə təqsirkar şəxsin mülk, intizam, inzibati və cinayət məsuliyyəti yarana bilər.

Xəstə tibbi xidmətlər və həmçinin tibbi xidmət göstərəcək şəxslər barəsində məlumat almaq hüququna malikdir. Xəstəxanada xəstələr tərəfindən aydın görülə biləcək yerdə tibbi xidmətlərin siyahısı yazılmalı, həmin tibbi xidmətlərin nələrdən ibarət olduğu, tibbi xidmətlərin dəyəri və tibbi xidmət göstərəcək şəxslər barəsində məlumat verilməlidir.

Xəstəyə xəstəliyin nədən ibarət olduğu və hansı şəkildə irəliləyəcəyi, təhlükələri, tibbi müdaxilənin harada, kim tərəfindən, necə olunacağı, riskləri və xəstənin sağlamlığına təsiri, istifadə olunacaq dərmanların önəmli xüsusiyyətləri, tibbi müdaxilə sırasında yaranan biləcək risklər, xəstənin sağlamlığı üçün zəruri olan sağlam yaşam tərzinə dair məlumatlar kimi zəruri, önəmli məlumatlar verilməlidir.

Tibbi müdaxilə nəticəsində vətəndaşın həyatına və sağlamlığına zərər dəydikdə zərərçəkmiş şəxsin bu zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Vətəndaşa ona vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin tələb edə bilər. Maddi zərər dedikdə, həkim səhvi nəticəsində pasiyentin pozulmuş sağlamlığının bərpa olunması üçün çəkdiyi xərclər, həmçinin bu müddət ərzindən yaşadığı digər maddi itkilər, mənəvi zərər dedikdə şəxsin və ya onun yaxınlarını çəkdiyi mənəvi iztirablar, sarsıntlar və s. başa düşülür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə