"Uşaqikən övladda düzgün xarakter formalaşdırılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Uşaqikən övladda düzgün xarakter formalaşdırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, bunu valideynlər etməlidir: "Xarakterin xüsusiyyətləri var, həm qıza, həm də oğlana görə. İnsanın bir şəxsiyyət kimi formalaşması üçün xarakterin keyfiyyətləri mənimsənilməlidir. Bunları övlada yeritmək lazımdır ki, insan olaraq psixoloji dayanıqlılığını bu cür qorumalısan, əldə etməlisən. Uşaqikən bunu valideynlər övladlarına aşılamalıdırlar. Valideynin özünə inamı varsa, buna müvəffəq olur. Əgər valideyn özü də nədənsə əziyyət çəkirsə, problemi varsa, narahat insandırsa o, buna müvəffəq ola bilmir. Çünki bunu uşağına layiqincə aşılaya bilmir".
Psixoloq əlavə edərək deyib ki, qız övladını böyütmək üçün hər cinsə uyğun söhbətlər aparılmalı, cinsi tərbiyə verilməlidir: "Hər bir uşaqda ali hisslər tərbiyə olunmalıdır. Buraya əxlaqi, zehni, estetik hisslər aiddir. Hər cins özünü bilməlidir. Özünü əks cinsə bənzətməyə çalışmamalı, doğulduğu cins olaraq onu inkişaf etdirməlidir. Bəzən oğlu olmayan valideynlər qızlarını daha güclü böyütmək üçün onlara çox cəsarət, güc yükləyirlər. Bu hal insanlarda şəxsi yanaşmadır, dəyişdirə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB