Batil inancların insan psixologiyasına təsiri NƏDİR? - MARAQLI FAKTLAR
Qədim dövrlərdən bəri mövcud olan və günümüzə qədər gəlib çatan batil inancların ümumiyyətlə reallıqla heç bir əlaqəsi yoxdur. Bu insanların inanclarına, qorxularına, adət-ənənələrinə əsaslanaraq böyüdülən inanclardır. Bu inanclara xurafat deyilir və onların gerçək olmadığı daim vurğulanır. Sözün tərifi reallıqdan uzaq inanclar olsa da, dünyanın əksər yerlərində batil inanclara inanan insanlar çoxdur.
Məsələyə münasibət bildirən psixoloq Nuranə Cəfərova bunları deyib: "
Batil inanclar nəsildən-nəsilə ötürülən, təbiətdə baş verən hər hansı bir hadisələrə görə formalaşan inanclardır. Bu daha çox öncəki nəsilin nümayəndələrinə aid olub. Düşünürəm ki, o dövrlərdə inkişaf daha çox olmadığına görə baş verən təbii fəlakətlər zamanı insanlarda müəyyən bir inanclar formalaşıb. Bu gün evdən çıxanda qarşımdan "qara pişik keçdi” və s. kimi deyimlərə insanlar bəzən həqiqətən çarəsiz olduğu zamanlarda, bu inaclara inanıb öz həyatını bu inanclara görə yönləndirirlər.
Batil inanclar əslində insanın bir növ özünü-özünü aldatmaq, gələcəyə doğru qayğı, özünü nəyəsə inandırmaq, narahatçılıqlar, çarəsizliklər fonunda ortaya çıxır. Təbii ki, bunun insan psixologiyasına yaxşı yox əksinə mənfi təsirləri olub. Hətta belə inanclara insanın həddindən artıq inanclı olmağı onu təşvişə, gərginliyə, psixoloji pozuntulara və hətta depressiyaya düşməsinə gətirib çıxara bilir”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB