“500-dək müharibə ilə bağlı əlilliyi olan şəxsə avtomobil verilib” - NAZİR MÜAVİNİ
“Cənab Prezidentin böyük zəfərimizdən sonra verdiyi ən böyük tapşırıqlardan biri müharibədə şəhid olmuş hərbçilərimizin ailə üzvləri və müharibə zamanı əlilliyi yaranan hərbçilərimizin sosial rifahına yönəlmiş tədbirlərin həyata keçirilməsinə yönəlib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ƏƏSMN-nin nazir müavini Hidayət Abdullayev deyib.
Onun sözlərinə görə, ƏƏSMN tərəfindən ölkə başçısı tərəfindən verilən tapşırığa müvafiq olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bir sıra tədbirlər həyata keçirilir: “Şəhid ailə üzvləri və müharibə zamanı əlillik qazanmış hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır. Qeyd etmək istərdim ki, post müharibə dövründə 6000 vətəndaşımız mənzillə təmin olunub. Ümumilikdə isə proqram dövründə 14800 mənzil və fərdi ev vətəndaşlarımıza verilib. Mühüm istiqamətlərdən biri də müharibədə əlillik qazanmış hərbçilərimizin avtomobillə təmin edilməsidir. Post müharibə dövründə 500-dək avtomobil vətəndaşlarımıza təqdim edilib. Qeyd edilən hər iki istiqamət üzrə işlər davam etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB