Müasir texnologiyalar hansı sahələrdə daha çox istifadə olunur? - MÜTƏXƏSSİS DANIŞDI
“Texnologiyalar hazırda dünyada insan fəaliyyətinin demək olar ki, bütün sahələrində geniş istifadə olunur və istifadə prosesinin genişlənməsi də labüddür. Artıq texnologiyanın istifadəsi ilə yanaşı, süni intellektin tətbiqi məsələsi də gündəmdədir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda isə texnologiyalar daha çox dövlət idarəetmə sistemində tətbiq olunur: “Buna səbəb isə ölkəmizdə dövlət sektorunun maliyyə imkanlarının daha geniş olmasıdır. Digər tərəfdən bank sektoru və maliyyə texnologiyaları sahəsində də müasir texnologiyalardan geniş istifadə olunur.
Üçüncü olaraq isə müasir texnologiyaların ən çox tətbiq edildi sahə xidmət sahəsidir. Burada xüsusi önə çəkilən isə taksi və çatdırılma xidmətləridir.
Azərbaycanda yaradılan müasir onlayn xidmətlərin inkişaf etməməsinə səbəb isə onların yetərli qədər reklam edəcək büdcələrinin olmamasıdır. Bu səbəbdən hazırda bir çox xidmət sahəsindəki onlyan proqramlar məhz xarici ölkələrə aiddir. Bu mənada biz də özümüzü inkişaf etdirməyə çalışmalıyıq.
Zənnimcə, yaxın illərdə müasir texnologiyaların tətbiqi təhsil sahəsində böyük vüsət alacaq. Bu sahədə böyük bir potensial var və onu üzə çıxarıb, inkişaf etdirmək gərəklidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB