AZAL-ın təyyarəsi Milan Hava Limanında təcili eniş edib

AZAL-ın təyyarəsi Milan Hava Limanında təcili eniş edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib. Bu barədə SİA-ya AZAL-dan bildirilib.

"Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə