“Biz dünyəvi, demokratik dövlət quruculuğu yolunu tutmuşuq“ - SOSİOLOQ DANIŞDI

“Biz dünyəvi, demokratik dövlət quruculuğu yolunu tutmuşuq“ - SOSİOLOQ DANIŞDI

“Kiçik yaşlarda baş örtüsü taxan uşaqların bəziləri tərəfindən birmənalı qarşılanmaması elə bir problemdir ki, daim cəmiyyəti düşündürür, hətta bu barədə dərin araşdırmalar, dissertasiyalar yazılır və problemin həll yolu axtarılır. Biz dünyəvi, demokratik dövlət quruculuğu yolunu tutmuşuq. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Hüseynov bildirib.

Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan cümhuriyyəti qurulanda, qurucu babalarımız Rəsulzadə və onun əqidə yoldaşları Azərbaycan üçün bu yolu müəyyənləşdirdilər, yəni dünyəvi, demokratik sivil dövlət quruculuq yolunu tutdular: “Bu isə o deməkdir ki, din dövlətdən ayrıdır.
Belə şəraitdə, əlbəttə, bizim bu sahədə qadına dəyər verməyimiz, onun seçkili orqanlarda təmsil olunması, səs vermə hüququnun bərpa olması kimi məsələlər də bir çox dünya ölkələrinə nümunə olmuşuq.
Düşünürəm ki, o xətt inkişaf etdi və bugünkü müstəqil Azərbaycan dövlətinin konstitusion quruluşunda din dövlətdən ayrıdır, insanların fərdi azadlıq məsələsidir.
Sadəcə düşünürəm ki, 18 yaşı tamam olmamış hər hansı gəncə və yaxud gənc xanıma din məsələləriylə bağlı hər hansı bir təbliğati iş aparıla bilməz.
Təəssüf ki, müşahilərimiz göstərir ki, Azərbaycanda bir çox ailələrdə baş örtüsüylə bağlı valideynlər tərəfindən, qız övladlarına basqı vardır. Qız uşaqları erkən yaşlarında hicabın mahiyyətini başa düşmədən, anlamadan valideynlər tərəfindən müəyyən dini ideoloji basqılara məruz qalırlar.

Əlbəttə ki, bu hal məktəblərdə də müşahidə olunur. Şəxsən mən bunu normal qarşılamıram. Ümumiyyətlə, 18 yaşına çatmamış gənclərin hər hansı ritualı yerinə yetirməsi ilə bağlı eləcə də qız uşaqlarının hicab məsələsinə olan münasibətinə azadlıq və seçim verilməlidir. Daha sonra onlar 18 yaşı tamamladıqlarında dərk edib öz yollarını seçməlidirlər”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə