“Uşağın yanında konfliktdən qaçmaq düzgün deyil” - PSİXOLOQ DANIŞDI

“Uşağın yanında konfliktdən qaçmaq düzgün deyil” - PSİXOLOQ DANIŞDI

“Uşaqların yanında şiddətli davalar, söz-söhbətlər baş verməməlidir. Amma ümumilikdə uşağın yanında konflikt etməmək də düzgün deyil. Çünki uşaq görməli, bilməlidir ki, insanlar bəzi mövzularda anlaşmaya bilərlər, hər kəsin fikri fərqli ola bilər və burada qorxulu heç nə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, valideynlər nə qədər gizlətməyə çalışsalar belə, müəyyən yaşa çatdıqda uşaqlar artıq hər şeyin fərqinə varırlar: “Lakin istənilən halda uşaq konfliktə daxil edilməməlidir. Təbii ki, bəzi hallarda uşağa aid mövzularda onun da fikirləri soruşula bilər.

Uşaq şahidi olduğu bütün davaların nəticəsinin pis bitmədiyini görməli, gələcəkdə özünün də bu cür mübahisələrinin olacağını dərk etməlidir. Əks təqdirdə gələcəkdə yaşanacaq problemlər onu qorxudacaq, həll yolunu problemdən qaçmaqda görəcək.

Uşaqların yanında dava zamanı ağır sözlər işlətməmək, şiddətli konfliktə girməmək şərtilə onların problemlərin şahidi olmalarına mane olmamaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə