Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİR - FOTOLAR
SİA olaraq məlumat veririk ki, “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
İşçilər üçün hər cür şərait yaradılıb.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB