"Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerlər cəlb olunub" - QURUM RƏSMİSİ AÇIQLADI
"Xalqımızın milli-azadlıq mübarizəsinin rəmzi olan 20 Yanvar faciəsinin 34-cü ili tamam olur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov deyib.
.jpg)
O, məlumat verib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq xiyaban ərazisində geniş təmizlik və abadlıq işləri görülür: "Ağaclar, kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər, bütün ərazi demək olar ki, yuyulub. Xiyabanın hər iki məşəlində profilaktika aparılır. Eyni zamanda, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerlər cəlb olunub".
"Xiyaban ərazisində təmizlik və abadlıq işlərinin yanvarın 19-a qədər yekunlaşdırılması nəzərdə tutulur"- deyə, E.İmanov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB