"Yeniyetmə yaşından tez böyümək, rollar ifadə etmək istəyir" - PSİXOLOQ BİLDİRDİ
“Yeniyetməlik yaş dönəmində eyni zamanda özünü təsdiqetmə dönəmi doğur deyə o yaşda olan insanlarda təqlidçilik xüsusiyyəti olur. Sanki onu anlamırlar deyə, ailəsində hansısa konfliktli situasiyaları düzgün çözə bilmədiyindən ailə üzvlərinə müraciət edə bilmir, tənha vəziyyətdə qalır, problemləri daxilinə çökdürür”. Bu barədə SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Onun sözlərinə görə, orqanizmdə gedən hormonal inkişaf, fizioloji dəyişiklikdən xəbərsiz olduğu üçün həyati situasiyalara özünəməxsus şəkildə reaksiya verməyə başlayır: “Yeniyetmə film qəhrəmanları, oxuduğu kitabdakı personaj, obraz olmaq istəyir. Bu yaş dövründə insanlar mütəmadi olaraq sosial şəbəkələrdə izlədiyi real həyatda özünü ifadə edə bilməyən, sosial şəbəkədə özünü güclü, qoçaq göstərən insanlara bənzətməyə çalışırlar. Bu hər zaman olub, amma son zamanlar artıb. Yeniyetmədə təqlidçilik xüsusiyyəti olduğu üçün kiminsə surətini yaşamaq istəyir. Yeniyetmənin aparıcı fəaliyyət növü təlim olur. O təlimlə məşğul olmaqdansa özünü bir şəxsiyyət kimi təsdiq etməyi tərcih edir. Onun üçün təlim arxa plana atılır. Düşünür ki, “Hər şey yaxşı olacaq, valideynlərim mənə yatırım edəcək, hazırlaşıb harasa qəbul olacam. Onlar onsuz da məni qoruyurlar və qoruyacaqlar”. Bəzən natamam ailənin tam uşaqları tam, tam ailənin natamam uşaqları olur”.
G.Məmmədova bildirib ki, kriminal dünyaya maraq, özünü ətrafda göstərmək insanın xarakterinin formalaşdığı dönəmdə deyil, uşaq ikən başlayır: “Valideynlərin başları işə qarışdığından, uşaqlarına düzgün vaxt ayıra bilmədiklərindən tərbiyə verə bilmirlər. Bu tam ailədə də, natamam ailədə də ola bilər. Amma ailə üzvlərindən biri olmadığı təqdirdə bu daha çox vüsət alır. Yeniyetmə yaşından tez böyümək, rollar ifadə etmək istəyir. Valideynlərin üzərinə düşən əsas iş hər yaş dövrünün psixofiziologiyası ilə maraqlanmaqdır ki, uşaqlarda nə kimi dəyişikliklər, tələblər olur. Bununla maraqlansalar uşaqları bu yoldan çevirə bilərlər. Burada çox müsbət geri dönüşlər olur. Yeniyetmələr yetkin yaşa gəldikdə bu kimi obrazlara, yaşanan proseslərə hətta gülürlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB