“Çaya qətiyyən rəng qarışdırılmır” - QURUM RƏSMİSİ AÇIQLADI

“Çaya qətiyyən rəng qarışdırılmır” - QURUM RƏSMİSİ AÇIQLADI

“Çaylarla bağlı daim Azad İstehlakçılar Birliyinə zənglər daxil olur. Hətta istehlakçılar çaya rəng qarışdırılması məsələsi ilə bağlı məndə də şübhə yaratmışdılar. Bu mövzuda bir çox araşdırmalar apardım və keçən il Sri Lankaya səfərim oldu, orada 3 çay zavoduna getdim. Dünyanın ən məşhur çayları Sri Lankada yetişdirilir, bu mənada burada çoxsaylı mütəxəssislərlə görüşdüm. Apardığım araşdırmalar nəticəsində bu qənaətə gəldim ki, çaya qətiyyən rəng qarışdırılmır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, paket çayların isə tez rəng verməsinin səbəbi üyüdülmüş olması ilə əlaqədardır: “Bəzən istehlakçılar çayın içərisindən ağ yarpaqların çıxmasından şikayətlənirlər. Lakin o yarpaqlar çayın ən qiymətli hissələridir. Ağ çay Sri Lankada ən baha satılan çay növüdür.
Qeyd edək ki, çayların da mütləq şəkildə son istifadə müddəti və saxlanma şəraiti olur.

Arıqlama çayları ilə bağlı da tez-tez şikayətlər olur. Lakin bəzi bu cür çaylar mədə-bağırsaqda ciddi problemlərə yol açır. İnsanlar çaylar vasitəsilə arıqlamaq düşüncəsindən uzaq olmalıdırlar. Tibbi nöqteyi-nəzərdən buraxılan çayların içilməsini tövsiyə etmirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə