Psixologiyada "yaxınlıq qorxusu" nə deməkdir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Anasına həddindən artıq bağlı olan kişi, əlbəttə ki, yoldaşı ilə problemlər yaşaya bilir, əgər yoldaşı qısqanc xanımdırsa". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, "yoldaşını sevən anasını, anasını sevən yoldaşını da sevir"- deyə deyim var: "Ona görə düşünürəm ki, ananın və yoldaşın öz yeri var. Bunu hər bir kişi anlamalıdır. Anasına hörmət etməyən heç kim yoldaşına da hörmət etməz". O, bildirib ki, psixologiyada bağlılıq və asılılıq bölümü var ki, bu, daha çox "yaxınlıq qorxusu" ilə əlaqəlidir. Çox zaman insanlar yaxın olduğu insanlardan asılı olub onlara bağlı olurlar. Bu, onların sərbəstliyini əllərindən alır, bəzən itirmək qorxusu yaşayırlar. Bəzən də həyatları kabusa dönür: anasına, uşağına, həyat yoldaşına nəsə olar-deyə qorxu yaşayırlar. Qorxular içində ölüm qorxusu və yaxınlarını itirmək qorxusu ən güclü fobiyalardan sayılır. İnsanların əksəriyyəti düşünür ki, nə qədər yaxın olarsansa, o qədər də itirmək ağrılı olar. Yaş artdıqca insanlar düşünürlər ki, bir-birlərinə, valideynlərinə daha az bağlansalar, onları itirəndə çox ağrı keçirməzlər. Biz onsuz da, doğmalarımıza şərtsiz bağlanırıq. Amma həddindən artıq bağlılıq, həddindən çox stressə və gələcəkdə panikaya gətirib çıxara bilir. Yaxın olduğumuz tərəfə hisslərlə bağlı olduğumuz üçün bizi idarə edə bilir. Onlardan asılı oluruq, hər hərəkətləri bizə təsir edir. Çox diqqət göstərdiyimizə, həqiqətdə bizi yox, hisslərimizi idarə edirlər. Hisslərlə biz də idarəni bağlı olduğumuz insana veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB