“Ötən il 50,7 min nəfərə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
A.Əliyev bildirib ki, 2159 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həlli ilə bağlı birdəfəlik maddi yardım verilib: “2510 nəfər isə imtiyazlı şəxs sanatoriya-kurort putyovkası ilə təmin olunub”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB