“Ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib” - ANAR ƏLİYEV

“Ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib” - ANAR ƏLİYEV

“Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

A.Əliyev bildirib ki, ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib: “Müavinət ödənişləri 24% artırılaraq, ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb.

Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği isə 487 manat olub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə