Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB