Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul edib - FOTOLAR
Gənclər və idman naziri Fərid Qayıbov Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbuldan öncə Siyəzən rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Siyəzən Rayon Gənclər Evində keçirilən qəbulda F.Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda III "Yüksəliş" müsabiqəsinin qalibləri, nazir Fərid Qayıbovun mentiləri Səkinə Vəliyeva, Bayram Orucov və Rəsul Həşimov da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB