"Bu cür təbii hadisələrdə təhlükə riski yüksək olaraq qalır” - EKSPERT BİLDİRDİ

"Bu cür təbii hadisələrdə təhlükə riski yüksək olaraq qalır” - EKSPERT BİLDİRDİ

"Təhükəsiz şəhər dedikdə həmin şəhərin yerləşdiyi coğrafi mövqeyindən asılı olaraq təbiət hadisələri, təbii fəlakətlərin baş vermə riskləri, cinayət səviyyəsi, orada yaşayan vətəndaşların həyat və sağlamlığı üçün yarana biləcək təhlükələr, gələn turistlər üçün yarana biləcək münaqişələr, hərbi münaqişələrin baş vermə riskləri və iqtisadi göstəriciləri nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspertin sözlərinə görə, iqtisadi göstəriciləri yüksək olan ölkələrdə soyğunçuluq, oğurluq, qarət kimi cinayətlərin də sayı minimum olur. Müəyyən təşkilatlar, jurnallar tərəfindən ölkələrin təhlükəsiz şəhərləri ilə bağlı cədvəl tərtib edirlər: “Hansı ölkələrin şəhərləri təhlükəsizdir, hansıların deyil və s. kimi məlumatlar bu cədvəllərdə açıqlanır”.

E.Nurəliyev qeyd edib ki, coğrafi baxımdan seysmik cəhətdən aktiv olan, yaxud vulkanik zonalar kimi təbii fəlakətlərin olduğu ərazilərdə yerləşən ölkələr təhlükəsiz şəhər statusunda müəyyən qədər riskli ölkələr siyahısında olur: “Çünki nəzərə almaq lazımdır ki, bu cür təbii hadisələrdə təhlükə riski yüksək olaraq qalır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə