Kosmetik məhsulların çox böyük bir qismi dəriyə zərər verir. Dırnaq boyaları da bu məhsullardan biridir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bir çox qadın dırnaqlarında müxtəlif rənglərdə dırnaq boyaları istifadə edir, amma dırnaq boyasından istifadə etmənin bir çox zərəri vardır. Bədəndə meydana gələn dəmir, sink, folik turşu və B12 vitaminlərinin əskikliyi vəziyyətində dırnaqlarda bir sıra problemlər meydana gəlir. Alimlər mövzu ilə bağlı 24 qadının iştirak etdiyi tədqiqat aparıb. İştirakçılar dırnaqlarını boyadıqdan 6 saat sonra onların əksəriyyətinin difenilfosfat turşusu səviyyəsinin yüksəldiyi, bu səbəbdən də metabolizma sistemində problemlər yarandığı qeydə alınıb. Boya çəkdikdən 10 saat sonra isə iştirakçıların bədənində difenilfosfat turşusunun normadan 7 dəfə artdığı məlum olub.
Dırnaq xəstəliklərinin qarşısını almaq üçün vaxtında manikür və pedikürə getmək lazımdır. Amma dırnaq xəstəliklərini yaradan əsas səbəblərdən biri elə salonlardır. Seçilən salon və ustaya etibar etmək lazımdır. Doğru və təmiz yerdə manikür edilməlidir ki, sonradan dırnaqla bağlı xəstəliklər meydana çıxmasın.
Dırnaqlarda qırılma, kobudlaşma, çatlama kimi vəziyyətlərə səbəb ola bilən bu əksiklikləri aradan qaldırmaq üçün qidalanmaya da diqqət yetirmək lazımdır. Bunun üçün vitaminlər və ya ət, süd məhsulları ilə dəniz məhsullarının dırnaq sağlamlığı üçün yeyilməsi vacibdir.
Dırnağın yüzdə 18-i sudan meydana gəlir. Su quruluşunu normada saxlamaq üçün də nəmləndirici balzam növlü kremlərdən istifadə edilməsi təklif edilir. Dırnaq boyası infeksiyaların meydana gəlməsinə səbəb olur
Bəs sağlamlıq üçün təhlükəsiz olan boya necə seçməlidir?
Bunun üçün boyaların üzərindəki yazıları oxumaq lazımdır. Bəzi boyalarda xüsusi qeydlər var. Məsələn, "5-Free" o deməkdir ki, boyada formaldehid (formaldehyde), toluol (toluene), dibutilfat (dibutyl phthalates) kamfora (camphor) yoxdur.
"3-Free" isə boyada yalnız 3 komponent: formaldehyde, dibutyl phthalate və toluene olmadığını bildirir.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB