"Hər hansı bir gərginliyi uşaqlar hiss etməməlidirlər" - PSİXOLOQ FİKRİ
“Boşanma prosesi ailə daxili problemlər içərisində uşaqlara ən çox təsir edən hallardan biridir. Boşanmadan öncə valideynlər uşaqların yaşından asılı olaraq onlarla söhbət aparmalıdır. Əgər bunu tək bacarmırlarsa, bu zaman psixoloji dəstək alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, valideynlər öz aralarında boşanma ilə bağlı müzakirələr aparsalar belə, bu uşaqlara yansımamalıdır: “Həmçinin cütlüklər boşansalar belə, çalışmalıdırlar ki, müəyyən zaman daxilində uşaqlarla birgə vaxt keçirsinlər. Hətta boşanmanın, ayrılıqların üzərindən illər keçsə belə, bəzi məsələlərin birgə həll edilməsi daha məqsədəuyğundur. Telefon danışıqları da valideynlər arasında olmalı və hər hansı bir gərginliyi uşaqlar hiss etməməlidirlər.
Eyni zamanda ətrafdakı insanlar da bu məsələ ilə bağlı çox danışmamalı, uşaqlara “kimlə qalacaqsan?" kimi suallar verilməməlidir. Ümumiyyətlə uşaqların yanında valideynlərinin münasibətinin mənfi yanları ilə bağlı danışılmamalıdır ki, uşaqlardan da problemlərdən xəbərdar olub, bundan mənfi yönümdə təsirlənməsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB