"DYP əməkdaşları yolların buz bağlamaması üçün tədbir görməli deyillər" - EKSPERT BİLDİRDİ

"DYP əməkdaşları yolların buz bağlamaması üçün tədbir görməli deyillər"  - EKSPERT BİLDİRDİ

“Sosial şəbəkələrdə polis əməkdaşlarının yolda qalan vətəndaşlara kömək etdiyini əks etdirən videoların yayılması sevindirici haldır. Çünki yol polisi əməkdaşlarının bu kimi addımları sevindiricidir”. Bunu SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşları daim vətəndaşlara yardım etməli, yaxud yolların buz bağlamaması üçün tədbir görməli deyillər: "Bu hal üçün əraziyə baxan müvafiq icra hakimiyyəti qurumları var ki, cavabdehlik daşıyırlar. Avtomobil yollarına isə Azərbaycan Avtomobil Yolları Agentliyi cavabdehdir. Bu işlər intensiv şəkildə görülməlidir”.

Ekspert qeyd edib ki, Bakı şəhəri ərazisində qarın hündürlüyü çox olmur, yaxud da həftələrlə qalmır: “Yəni elə böyük bir tədarük görməyə ehtiyac yoxdur. Sadəcə olaraq texnikalar saz vəziyyətdə olmalıdır, işçi heyət gücləndirilmiş rejimdə işləməlidir. Bu halda belə xoşagəlməz hallarla qarşılaşmarıq. Bu onu göstərir ki, qışa hazırlıq üçün çevik addımlar atılmır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə