Bakı-Quba magistralında yük maşınları yolda qalıb

Bakı-Quba magistralında yük maşınları yolda qalıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb. SİA-nın yerli bürosunun məlumatına görə, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonnajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.

Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə