Övladlarımızın intellektuallığı və savadlılığı hər birimiz üçün çox vacibdir. Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir. Onlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar. Bu xüsusiyyətinə görə yaxşı qiymətləndirilməyən cizgi filmləri uşaqlarda mənfi davranışlara səbəb olur.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Uşaqlar müsbət mənalı cizgi filmlər izlədikləri zaman isə onlarda aşağıdakı hallar özünü göstərir:
1) Doğru ilə yanlışı fərqləndirmək qabiliyyətinə sahib ola bilirlər;
2) Öz xəyal dünyaları inkişaf edir və özlərini o xəyallarda yaşadırlar.
3) Öyrənmə qabiliyyətləri yaxşılaşır;
Şiddət xarakterli cizgi filmi izləyən uşaqlarda aşağıdakı simptomlar ola bilər:
1. Zorakı cizgi filmlərini seyr edən uşaqlar digərlərindən daha aqressiv və düzgün olmayan davranışlar sərgiləyə bilərlər;
2. Valideynləri ilə münasibətlərdə problem ola bilər;
3.Dərs müvəffəqiyyətlərində azalma hiss edilə bilər;
4. Dostları ilə münasibətlərini dərk edə və başa düşə bilmirlər.
Uşaqlar müsbət mənalı cizgi filmlər izlədikləri zaman isə onlarda aşağıdakı hallar özünü göstərir:
1) Doğru ilə yanlışı fərqləndirmək qabiliyyətinə sahib ola bilirlər;
2) Xəyal dünyaları inkişaf edir;
3) Öyrənmə qabiliyyətləri yaxşılaşır;
“Xüsusən cizgi film seçilərkən onun məzmununa diqqət edilməli, cizgi filmi aydın süjet xəttinə xalik olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, biz böyüklərdən fərqli olaraq uşaqların özlərini ifadə etmə bacarıqları tam formalaşmadığı üçün, xəyal dünyaları geniş olduğu və hadisələri tam şəkildə qavraya bilmədiklərinə görə onlarda qorxuları ilə mübarizə çətin olur və onlar öz qorxularının öhdəsindən gəlməkdə çətinlik çəkirlər: "Belə ki, bizə olunan müraciətlər arasında uşaqların cizgi film qəhrəmanlarından qorxması, müəyyən müddət baxdığı cizgi filminə orada hansısa personajdan təsirləndiyi üçün sonra baxa bilməməsi və s. hallar olur. Hətta bir çox hallarda cizgi filmindəki obrazları sevən, onun oyuncaqlarını alan və özlərini onlara bənzətmək istəyən uşaqlar da olur. Bəs buna səbəb nədir? Valideynlər bu məsələdə hansı məqamda səhvə yol verirlər? Ümumiyyətlə, bildirmək lazımdır ki, həddən artıq qoruyucu ailələrdə böyüyən, şiddət görən və ya valideynlərinin özü qorxan, hər şeydən çəkinəndirsə belə uşaqlarda qorxulara daha çox təsadüf olunur. Qeyd etməliyəm ki, 7 yaşına qədər uşaqların psixikası nisbətən həssas, təxəyyülləri yüksək olduğuna görə, gördüyü hər şeyi özünə rol modeli olaraq götürür və təkrarlamağa səy göstərir. Məsələn: az öncə qeyd etdiyim qorxaq ana-atanın uşaqları rol model kimi öz valideynlərini götürəcək. Artıq 10-12 yaşından sonra uşaqlar reallıqla qeyri-reallığı ayırd edə bilirlər. Ona görə də 3-7 yaş qrupu bu baxımdan ən riskli yaş dönəmlərindən biridir.
Cizgi film izləmək ümumilikdə uşaqlar üçün pis hal hesab edilməməlidir. Çünki cizgi filmləri uşaqların özünü və ətraf aləmi dərk etməsində rol oynayan ünsürlərdən biridir. Ancaq günün çox saatını deyil, müəyyən saatlarını cizgi film izləmək onlar üçün zərərli deyil. Təbii ki, burda valideynlər də diqqətli olmalı və nəzarət etməlidirlər. Animasiya filminin uşağın yaşına uyğun olub-olmaması da gözlənilməli məsələrdən biridir. Xüsusən cizgi film seçilərkən onun məzmununa diqqət edilməli, cizgi filmi aydın süjet xəttinə xalik olmalıdır. Belə ki, uşaqların psixologiyasına zərər verə biləcək şiddət məzmumlu, silahlı, döyüş tipli cizgi filmlərinin olmamasına diqqət edilməli və övladlarımızı belə cizgi filmləri izləməkdən çəkindirməliyik”.
Yazıçı kulturoloq, analitik ekspert Aydın xan Əbilov bu mözvuya fikir bildirib: “Son illər yalnız cizgi filmləri yox, həm də kompyuter qrafikası ilə hazırlanmış müxtəlif onlayn kompyuter oyunları və cizgi filmlərinin eləcə də kitablarda rəsm əsərlərinin az yaşlı uşaqlara təsiri ilə bağlı çoxlu araşdırmalar aparılıb. Məlum olub ki, hər bir rəngin, hərəkətin üstünlüyü, hətta hər bir epizodun belə yeni nəsil nümayəndələrinə xüsusən də az yaşlı uşaqlara, körpələrə çox böyük təsiri var. Onların psixologiyasının formalaşmasında, onların beyin hüceyrələrinin yetkinləşməsində və eyni zamanda yaradıcı təfəkkürün formalaşmasına müsbət və mənfi təsirləri çox əhəmiyyətlidir. Cizgi filmləri və bədii filmlərlə, hətta kompyuter, smartfon oyunları ilə bağlı çox ciddi akademik araşdırmalar aparılmasa da, hər halda ümumdünya psixologiya təşkilatı, səhiyyə təşkilatı, bir çox pedaqoji və psixoloji elm araşdırma mərkəzlərinin müxtəlif vaxtlarda həm lokal, həmdə global sorğuları olub. Dəfələrlə biz beynəlxalq səviyyədə belə çizgi filmlərinin, rəsm əsərlərinin, müxtəlif rənglərin uşaqların beyninə təsir etməsiylə bağlı xəbərlər alırdıq. Hətta bir ara yapon və Amerika cizgi filmlərindəki həddindən artıq böyük şiddətə təbliğ, təşviq, müharibə, ölüm səhnələrinin uşaqlar üçün adiləşdirilməsi kimi hallar ilə rastlaşırdıq. Bu filmlərin yeni nəsilin psixologiyasının pozulmasında təsiri ona gətirib çıxartdı ki, bir çox ölkələrdə qadağan edildi və yaxud onlar müxtəlif siniflərə bölündü. O siniflər +3,+5,+6,+12,+18,+22 yaş qadağası ilə nümayişinə icazə verildi. Biz nəinki cizgi filmlərin, həm də televiziyalarda nümayiş olunan cizgi filmlərindən ibarət seriallar, müxtəlif karikaturalar, rəngli şəkilli kitabların da uşaqlara təsiri ilə bağlı etirazlar eşidirik.
Amma nə etməli bunlar reallıqlardır. Artıq kağız variantda, böyük ekranda ə yox, o cümlədən sosial şəbəkədə internet saytlarında uşaqların psixologiyasına böyük təsiri olan cizgi filmlərin onlayn və oflayn komputer qrafikası ştix formatında müxtəlif təsirləri biz görürük və bu təsvirlərdən ibarət hətta filmlər, serialllar belə təəssüflər olsun ki, inkişaf etməmiş, intelektual səviyyəsi zəif olan cəmiyyətlərdə uşaqlara təqdim edilir.
Əvvəllər biz əgər lay-lay çalırdıqsa uşaqlara, amma indinin özündə biz görürük ki, lay-laydan çox müxtəlif kompyuter oyunları, cizgi filmləri nümayiş olunur. Bu da bütövlükdə onların gözləri, sağlamlığları ilə bağlı problemlər yaratmış olur. Bütün mütəxəssislərinin etirazlarına baxmayaraq təəssüflər olsun ki, bununla bağlı Azərbaycanda hələ də ciddi addımlar atılmır. Tarixi filmlərə nəzər salsaq görərik ki, Dədəqorqud, Babək hamısında şiddət, döyüş səhnələri və bunların çoxu da milli-mental dəyərlərin nümunələri kimi Azərbaycanda tətil günləri uşaqlara təqdim edilir.
“Tom və Cerry”, “ Maşa və Ayı” kimi çox uşaqların mənəviyyatını pozan və onların sağlamlığına, gözlərinə, birlikdə oturmağa məcbur edən filmlərin təsiri hələki araşdırılmayıb. Mədəniyyət nazirliyi və kino agentliyinin nəzdində bizim kimi mütəxəssislər kulturoloqdan ibarət bir komissiya olmalıdır. Həmin komissiya; komisyasın icazəsi olmadan həm telekanallarda həm də böyük ekranlarda film və cizgi filmləri, komputer oyunlarının Azərbaycanın uşaqlarına nümayişi qəti icazə verilməməli və bir çox hallarda qaydalar olunmalıdır. Düşünürəm ki o, Mədəniyyət Nazirliyi və kino agentliyinin nəzdindəki o qadağanedici komissiya bu məsələlərə ciddi fikir verməlidir”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə