Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib
Məlumata görə, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və 84,5 kiloqram marixuana olmaqla ümumilikdə 210,5 kiloqram narkotik maddə ələ keçirilib.
Şanlıurfada baş tutan digər əməliyyatda isə bir TIR-da 131 paket halında 68,5 kq heroin, 53 paket halında 23,5 kq skunk, 16 paket halında 9 kq toz marixuana olmaqla ümumilikdə 101 kq narkotik maddə ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə