“Covid-19 Azərbaycan səhiyyə sisteminə hər hansı təhlükə vəd etmir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Covid-19 Azərbaycan səhiyyə sisteminə hər hansı təhlükə vəd etmir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qış ayları ilə əlaqədar olaraq yuxarı tənəffüs yolları xəstəliklərinin sayı və ağırlaşmalar artır. Bu proses Covid-19 pandemiyasından öncəki zamanda da belə idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Covid-19-dan sonrakı dövr ərzində ağciyər xəstəliklərinin dinamikasına nəzər yetirsək, daha fərqli gedişat müşahidə edərik: “Havaların soyuması, bədən müqavimətinin aşağı düşməsi koronavirus və yuxarı tənəffüs yollarında xəstəlik törədən digər infeksiyalar kimi aktivliyi arta bilər. Bəzi insanlarda immun sisteminin aşağı olması, qidalanmanın düzgün olmaması isə xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Burada əsas məsələ insanın öz sağlamlığına diqqət yetirməsi, lazım olduqda qoruyucu vasitələrdən istifadə olunmasıdır. Xroniki xəstəlikləri olan insanlar isə öz sağlamlıqlarına xüsusi olaraq diqqət yetirməlidirlər.

Pandemiyadan öncəki və sonrakı dövr üçün dövlətimizin tibb sistemi buna hazırlanmışdı və pandemiya ilə mübarizədə də tibb sahəsinin uğurları göz önündədir. Buna görə də hazırda da yarana biləcək hər hansı pandemiya şəraitinə qarşı hazırlıqlıyıq. Hazırda Covid-19 Azərbaycan səhiyyə sisteminə hər hansı təhlükə vəd etmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə