Utancaq insanlar hansı fürsətləri qaçırırlar? - AYDINLIQ GƏTİRİLDİ
"Utancaqlıq psixoloji kompleksdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, burada genetik faktorlar böyük rol oynayır: "Məsələn, əgər valideynlərdən biri utancaqdırsa, tərbiyə aldığı insanlar utancaq xarakterlidirsə, bu, uşağa təsir edir. Əlbəttə, uşağın komplekslərinin yaranmasında birbaşa valideynlərin rolu böyükdür. Daim müqasiyə olunan, danlanan, səhvləri üzünə deyilən uşaqların əksəriyyətində utancaqlıq kompleksi yaranır. Utancaq insanlar genetik olaraq ailədə kiməsə oxşaya bilirlər. Genetikanı dəyişdirə bilmirik, amma tərbiyə üsulu ilə onu düzəltmək mümkündür. Mühit, ətrafdakı insanlar, dostlar, yaxınlar ilə də bunu dəyişdirə bilərik".
"Utancaqlıq çox vaxt insanın özünə güvənməməsi ilə əlaqəli olur. Özgüvəni aşağı insanlarda daha çox utancaqlıq kompleksi yaranır. İnsanlar utancaq olarkən zamanı qaçırdırlar, öz istəklərini deyə bilmirlər. Həm təhsildə, həm ailə həyatında geri qalırlar. Ona görə bu kompleksdən vaxtında - uşaqkən xilas olmaq lazımdır ki, daha böyük yaşlarda bizə problem olmasın"- deyə psixoloq bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB