"Valideynlər vaksinasiyadan yayınmağın nə qədər təhlükəli olduğunu anlayıblar” - HƏKİM DANIŞDI
“Bu gün bütün dünyada müxtəlif respirator xəstəliklərin artma dinamikası var. Pandemiya bitsə də, ona səbəb olan virusun "Omikron" ştammı müxtəlif yerlərdə epidemiyalar yaradır”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qrip, koronavirusun 4 forması və son olaraq qızılcanın dünya üzrə yayılması müşahidə olunur: “Qızılcanın hazırda bütün dünyada yayılması Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə təkcə vaksinasiya olunmamaqla bağlı deyil. Azərbaycanda isə valideynlərin vaksinasiyadan yayınması və bu barədə yayılan şaiyələrə inanması bizi hazırkı vəziyyətə gətirib. Hesab edirəm ki, hazırki durumu epidemoloji vəziyyət kimi dəyərləndirərək, insanlar şəxsi gigiyenaya diqqət etməli və kütləvi olaraq izolasiya, kontaktların azalması kimi tədbirlər görülməlidir.
Düşünürəm ki, son 1 ayda vaksinasiya göstəriciləri də yaxşıdır və bu templə davam etsək, müsbət nəticələr əldə edə bilərik. Təəssüflər olsun ki, valideynlər hələ indi vaksinasiyadan yayınmağın nə qədər təhlükəli olduğunu anlayıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB