"İslam dini bu məsələyə ümumi prinsiplər çərçivəsində yanaşır. Əgər nəsil qorunursa, süni mayalanmada atanın özünün hüceyrələrindən istifadə olunursa, burada heç bir problem yoxdur". Bu sözləri SİA-ya danışan ilahiyyatçı Elşad Miri deyib.
İlahiyyatçı bildirib ki, az da olsa, şübhə yeri varsa, bu məsələnin həyata keçirilməsi doğru deyil: "Qurani-Kərimdə ayə var ki, "Allah istədiyinə qız verər, istədiyinə oğlan. İstədiyinə hər ikisindən verər, istədiyini hər ikisindən məhrum edər". Təbii ki, övlad hər bir ailə quran insanın arzusudur. İnsanlar dua edən zaman Allahdan saleh övlad istməlidirlər. Donor banklar var. Bu işdə bəzən onlardan istifadə olunur. İslam dininə görə bu halal sayılmır. Ancaq dediyim kimi, qadının ərinin hüceyrələrindən istifadə olunursa, din buna mənfi yanaşmır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB