“Qanunsuz silahlar cinayət alətinə çevrilmədən müsadirə edilməlidir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Qanunsuz silahlar cinayət alətinə çevrilmədən müsadirə edilməlidir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahı dövlətimizin daxili siyasətinin prioritet siyasətlərindən biridir. İctimai münasibətlərdə qanunsuz olaraq güc tətbiq etmək, vətəndaşların hüquqlarına təhdid yaratmaq yolverilməzdir. Buna görə də vətəndaşların bu və ya digər yollarla silah əldə edib, potensial cinayət aləti kimi saxlamaq vətəndaşların təhlükəsizliyinə təhdiddir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan 30 il müharibə şəraitində yaşayıb: “1990-cı illərin əvvəllərində silah vasitələri nəzarətsiz qalıb, vətəndaşlar üçün əlçatan olub. Əldə olunan qanunsuz silahlar cinayət alətinə çevrilmədən müsadirə edilməlidir və bu hadisəyə hüquqi prosedurlar tətbiq olunmalıdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı vaxtaşırı keçirdiyi tədbirlər olduqca əhəmiyyətlidir. Çünki qanunsuz silahlarla bağlı informasiya əldə etmək, vətəndaşları müəyyən etmək, potensial cinayət alətini vətəndaşlardan almaq törədilməsi mümkün olan cinayət hadisəsinin qarşısını almaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə