"SƏS" qəzeti informasiya cəbhəmizin öndə gedən əsgərlərindən olub" - DEPUTAT FİKRİ

"SƏS" qəzeti informasiya cəbhəmizin öndə gedən əsgərlərindən olub" - DEPUTAT FİKRİ

“Səs" qəzeti Azərbaycan mətbuat tarixində öz dəst-xətti olan, müstəqilliyimizin ilk illərindən bəri Azərbaycan dövlətçiliyinin inkişafı üçün bütün imkanlarını səfərbər edən şanlı bir qəzetdir. “Səs" qəzetinin həm mətbuat tarixində, həm də ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus missiyası olub”. Bu barədə SİA-ya açıqlamasında “Səs" qəzetinin 33 yaşının tamam olması ilə bağlı danışarkən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu qəzet qüdrətli dövlətimizin inkişafında daim dövlətimizin yanında olmaqla onun siyasətinə dəstək verib: “Müstəqilliyimizin həqiqi müstəllik olması üçün Ulu Öndər Heydər Əliyevin müraciəti məhz bu qəzetdə dərc olunub. “Səs" qəzeti illər boyu özünün yüksək peşəkarlığı, Azərbaycan xalqının maraqlarına xidmət etməsi ilə fərqlənib. İnformasiya cəmiyyətində təhlükəsizlik çox aktual məsələdir. 44 günlük müharibə dövründə, digər dövrlərdə “Səs" qəzeti informasiya cəbhəmizin öndə gedən əsgərlərindən olub, Azərbaycan xalqı qarşısında özünəməxsus missiya həyata keçirir”.

Deputat qeyd edib ki, “Səs" qəzeti həm də ideoloji hazırlıqlı kadrların hazırlanması, maarifləndirilməsi və digər mətbu orqanlara qazandırılması prosesində də mühüm rol oynamış qəzetlərdən biridir: “Mən bu gün “Səs" qəzetinin kollektivini təbrik edirəm. Çünki "Səs" qəzeti bütün bunlarla bərabər həm də mənim əməkdar jurnalist kimi qələmimin formalaşmasında, mətbuat təcrübəmin formalaşmasında mühüm rol oynayıb. Mən özümü “Səs" qəzetinin kollektivinin üzvlərindən biri hesab edirəm. Qəzetin baş redaktoru, əziz dostum Bəhruz Quliyev olmaqla bütün kollektivi ürəkdən təbrik edirəm. Hər bir media qurumunun dəst-xətti bir qədər də onun Baş redaktoru ilə əlaqədardır. Mən düşünürəm ki, bu mənada “Səs" qəzetinin bəxti gətirib. Həm vaxtilə bu qəzetə Baş redaktor olmuş Ağabəy Əsgərovun timsalında, həm də hazırkı baş redaktor Bəhruz Quliyevin timsalında doğurdan da öz üslubunu, dəst-xəttini qoruyub saxlamağı bacarıb. Bir daha bütün kollektivi təbrik edirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə