“Birdəfəlik ödənişlərin verilməsinə 111 milyon manat vəsait xərclənib”

“Birdəfəlik ödənişlərin verilməsinə 111 milyon manat vəsait xərclənib”

“Ölkə başçısının qərarı ilə 1991-1997-ci illər ərzində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödənişlərlə bağlı qərar verildi. Həmin proqram Dövlət Sosial Müdafiə Fondu tərəfindən uğurla icra olundu. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində 17367 nəfərə ödənişlərin verilməsi həyata keçirildi: “Sənədlərin hazırlanması DSMF-nin arxivdəki sənədləri əsasında təmin edildi. 2022-ci il ərzində təyinatların əksər hissəsi baş tutdu. 2023-cü ildə daha 495 nəfərə ödənişlər təyinatı həyata keçirildi. Ümumilikdə bu sahədə 111 milyon manat vəsait xərcləndi”.

Bütün xəbərlər Facebook səhifəmizdə