“Mövcud qanunvericiliyə əsasən ov yalnız müvafiq dövlət qurumlarının icazə verdiyi və müəyyənləşdirdiyi yerlərdə aparıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, məsələ ilə bağlı xüsusi təlimat və göstərişlər var: “İstənilən şəxs istənilən yerdə ov edə bilməz. Bunun üçün mütləq aidiyyatı üzrə qurumlar məsələ ilə bağlı razılıq verməlidir.
Ümumilikdə isə təəssüf ki, həm ölkəmizdə, həm də dünyada insanların təbiətlə vəhşi davranışı nəticəsində ekologiya çox ciddi problemlərlə üz-üzədir. Bu gün bu sahədəki problemlər özünü çox ciddi və açıq şəkildə göstərir. Bu anlamda bir çox yerlərdə ov etmək qadağandır. Çünki ov prosesi heyvanlarla yanaşı, bütövlükdə ekologiyaya çox ciddi zərər vurur. Hazırda da dünya çox ciddi ekoloji təhlükələrlə üz-üzədir. Bu mənada ov prosesində də qanunvericiliyə əməl etmək mütləqdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB