"Tanımadığı adamı tanımaq üçün kim olduğunu soruşmaq lazımdır" - RƏYLƏR
Bir neçə gün əvvəl mərhum Aygün Bəylərin ata evində İctimai TV-nin əməkdaşı Ləman Abbaslının tarzən Müzəffərlini tanımaması və onun jurnalistə kobud tərzdə cavab verməsi müzakirələrə səbəb olub. SİA olaraq mövzu ilə bağlı media rəylərini təqdim edirik:
Jurnalist Nəmənd Rüstəmovun fikrincə, yaranan bu situasiya çox arzuolunmaz və narahatdır: “Aygün Bəylər ölkənin əməkdar artisti, ictimai maraqlı, insanların sevdiyi bir insandır. KİV-lərin həmin yerdən canlı yayım etməsi normaldır, burada qeyri-adi bir şey yoxdur. Düzdür daha əvvəl bəzi məşhur adamların dəfnində xoşagəlməz hallar da baş verdi. Sadəcə olaraq bu hadisədə həmin incəsənət adamına o cür davranışı yaraşdırmadım. Hər şey bir kənara cavan bir qıza qarşı o cür hərəkəti yaraşdırmadım. Baxmayaraq ki, hüzr mərasimində idi, daha doğru davranmaq olardı. Ən azı bir insanın xətrinə dəyməmək, o cür insanın dəfn mərasimində qanqaraçılıq yaratmamaq üçün daha mehriban, xoşgörülü yanaşmaq olardı. Jurnalist burada lazım olanı etdi. Tanımadığı adamı tanımaq üçün kim olduğunu soruşmaq lazımdır. Jurnalistin hamını tanımaq kimi öhdəliyi yoxdur. O insan “Niyə məni tanımadın” deyə düşünərək qisas almaq istəyibsə onu doğru saymıram”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, biz belə məqamların tez-tez şahidi oluruq: "Bizim jurnalist həmkarımız müxtəlif tədbirlərdən, tanınmıṣ, dəyərli insanlarımızın xoṣ günlərindən və ya hüzrlər yerlərindən reportaj apara, canlı yayımda ola bilərlər. Təbii ki, onlar yaxınlaşıb insanların fikirlərini, rəylərini öyrənməyə çalışırlar. Əslində praktikada belə yanaṣma qəbul olunur. Sadəcə olaraq burada vacib məqam odur ki, mühasib olaraq daha çox tanınmış və dəqiqləşdirilmiş, kimliyi jurnalist üçün məlum olan insanlar seçilməlidir. Eyni zamanda əks tərəfin də kəskin reaksiya verməsi doğru deyil. Sadəcə olaraq “Mən danışmaq istəmirəm”, - demək də olardı. Amma qayıdıb öz peşə fəaliyyətini yerinə yetirən jurnalistə kəskin reaksiya verməsi doğru yanaşma hesab oluna bilməz. Sadəcə jurnalist canlı yayıma çıxmazdan əvvəl kimlərin fikrini öyrənmək istədiyini əvvəldən dəqiqləşdirməlidir ki, belə hallar yaşanmasın. Jurnalistin həmin şəxsin kimliyini dəqiqləşdirməsi isə, ümumiyyətlə qəbul olunan qaydadır. Mühasib őzünü təqdim etməlidir. Və bu zaman jurnalistə aqressiv mûnasibət gõstərmək doğru deyil, hələ bu sənət insanıdırsa. Təbii ki, burada müəyyən psixoloji məqamlar da nəzərə alınmalıdır. Bəlkə də şəxsə danışmaq da ağır ola bilər, cavablandırmaq istəməyə bilər. Burada müəyyən psixoloji məqamlar da nəzərə alınmalıdır, lakin bu őz peşə borcunu yerinə yetirən şəxsə kobud davranmaq üçün əsas vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB