"İnsanın özü ilə daim danışması psixoloji problemlərdən xəbər verə bilər" - İZAH EDİLDİ
“Hər bir insan özü ilə danışır. Özü ilə danışa bilməyən insan zaman-zaman daxili monoloqunu itirir və bu psixoloji problemlərə gətirib çıxara bilir”. Bu barədə SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, insan özünü sakitləşdirə bilir, özündən çıxara bilir, özünə bəzi şeyləri izah edə bilir: “İnsanın özü ilə daim, yəni hər yerdə danışması psixoloji problemdən xəbər verə bilər. Amma insan həm dialoqu, həm də monoloqu bilməlidir. Yeri gələndə insan heç kəsə danışa bilmədiyini öz-özünə güzgüyə baxaraq danışır, bu onun üçün böyük terapiya vasitəsidir. İnsanın özü ilə danışmasının səbəblərindən bəziləri özünü danlaması, özündə müəyyən səhvləri tapması, çıxış yolu axtarması yaxud da özünə yazığı gəlməsi, təsəlli verməsi, çox sevinməsi amma bunu bölməkdən çəkinməsidir”.
Psixoloq bildirib ki, bunların hamısı insanın normal ruh halıdır: “Amma cəmiyyət içərisində də insan özü ilə danışırsa bu artıq burada ciddi psixoloji problemlər ola bilər. Bu qarşı tərəfi də narahat edirsə, özü bunun fərqinə varmırsa, o zaman terapevtə müraciət etmək lazım olur. Amma bunun xaricində insanın özü ilə danışmasının heç bir problemi yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB