Bakıda yeni üzgüçülük hovuzu istifadəyə verilib. SİA-nın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə ithaf olunan idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev iştirak ediblər.
Onlara burada yaradılmış şəraitlə bağlı məlumat verilib.
Üzgüçülük hovuzu ASAPES-in arxasında, "ABU Arena"nın yanında yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə