Saxta hesablara qarşı necə MÜBARİZƏ APARMALI? - İZAH EDİLDİ

Saxta hesablara qarşı necə MÜBARİZƏ APARMALI? - İZAH EDİLDİ

Bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Məsələ ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bunları deyib: "Azərbaycanda fevral ayında keçiriləcək növbədənkənar prezident seçkiləri ciddi diqqət mərkəzindədir. Bu seçkilər yenilənən dünya düzənində Azərbaycanın yerini, mövqeyini müəyyən edəcək. O baxımdan Azərbaycanı sevən hər kəs seçkinin uğurla başa çatması üçün səy göstərir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda sabitliyi, inkişafı arzulayanlarla yanaşı, ölkəmizə neqativ yöndən yanaşan qüvvələr də aktivdirlər, seçkilərə hansısa formada kölgə salmaq üçün istənilən varianta əl atırlar. Sosial şəbəkələr üzərindən saxta hesablar yaradılması, prezidentliyə namizədlərin adından saxta materialların yayılması da bu kontekstdən qiymətləndirilməlidir".

Onun sözlərinə görə, burada hədəf təkcə prezidentliyə namizədlər deyil: "Ümumilikdə ölkəmizə uğur, inkişaf və sabitlik gətirən bütün prosesləri vururlar, ləkələməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan şəxslərin bu yöndə təxribatçı əməlləri həmişə olub. Yəqin ki, yenə də davam edəcək. Sadəcə seçki prosesinə əlavə fürsət kimi baxırlar. Azərbaycan böyük regional və qlobal proseslərin mərkəzindədir. Bu proseslərdə ölkəmizin mövqelərinin zəiflədilməsi üçün istənilən təxribata əl atırlar. Bu baxımdan əhali ayıq-sayıq olmalıdır. Rəsmi mənbələr tərəfindən təsdiqlənməyən hər hansı bir informasiyaya etimad göstərməməli, güvənməməlidirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə