“Əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatdırılıb” - SƏDR DANIŞDI

“Əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatdırılıb” - SƏDR DANIŞDI

“2023-cü ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 9518 nəfər peşə kurslarına cəlb edilmiş və onlardan 4514 nəfəri işlə təmin olunmuşdur”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

M.Abbasbəyli bildirib ki, peşə hazırlığının təşkili üçün əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatdırılıb.

Qeyd edək ki, ötən il Qarabağ Peşə Hazırlığı Mərkəzinin açılışı həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə