“2023-cü ildə DMA tərəfindən 118.398 şəxs işlə təmin edilib” - Mustafa Abbasbəyli

“2023-cü ildə DMA tərəfindən 118.398 şəxs işlə təmin edilib” - Mustafa Abbasbəyli

“Dövlət Məşğulluq Agentliyi hazırda 27 funksional fəaliyyət istiqamətini özündə birləşdirir”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Dövlət Məşğullu Agentliyi tərəfindən 118.398 şəxs işlə təmin edilib: “Qeyd edək ki, bu rekord sayda göstəricidir. Həmçinin 9518 nəfər peşə hazırlığına cəlb edilib. 2023-cü ildə işsizlikdən sığorta ödənişi təyin edilən şəxslərin sayı isə 8370-dir”.

Bütün xəbərlər Facebook səhifəmizdə