"Təəssüf ki, birlikdə yaşamaq hər zaman bir olmaq demək deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ailədə xəyanət olsa, hər iki tərəf xəyanətin səbəblərini aradan qaldırmağa cəhd etsə, ailələrini qurtaracaqlar. Yox, əgər bu təktərəfli mübarizədirsə, ehtimal çox aşağıdır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O, bildirib ki, bir söz var, "ev" kəliməsi daşdan və ya kərpicdən tikilmiş qeyri-adi tikili demək deyil, "ev " ailə üzvlərimizin birlikdə olduğu yerdir: "Təəssüf ki, birlikdə yaşamaq hər zaman bir olmaq demək deyil. Ailələr vardır ki, eyni evdə yaşayır, amma duyğu olaraq bir-birlərindən çox uzaqdırlar".
Psixoloqun sözlərinə görə, qadın və kişinin əks cinsin nümayəndələri olması fikri təsadüf deyil: "Çünki, həqiqətən də onların düşüncə tərzi, həyatdan gözləntiləri fərqlənir. Qadınlar çox danışmaq, paylaşmaq istəyir. Burada məqsəd kişiləri yormaq deyil, dinlənilmək istəyidir. Təəssüf ki, kişilər qadınların söhbəti çox olduqda yüklənirlər. Qadınlar kişilərə problem danışarkən onları çox yükləməməlidirlər. Qadın kişinin ona etdiyi xırda kömək və qayğıda belə ona təşəkkür etməyi unutmamalıdır. Kişilər də belə etməlidir. Çalışmaq lazımdır ki, bir-birlərini yalnız problem olanda deyil, heç bir problem olmayanda belə zəng edib axtarsınlar. Bu, ailə bağlarını daha da möhkəmləndirir, insanı daha dəyərli hiss etdirir.
Bizim cəmiyyətimizdə qadınlar çox yüklənilir, onlara daha çox öhdəliklər verilir. Belə olanda qadın ailə-məişət məsələləri, övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqdan həyat yoldaşına, hətta özünə də vaxt ayıra bilmir. Nəticədə, qadın-kişi münasibətlərində soyuma baş verir. Kişilər duyğu olaraq qadından qopur, kənarda eşq yaşamağa başlayırlar. Qadınlar da cəmiyyət qınağından qorxduğu, maddi gücləri olmadığı üçün boşanmaqdan qaçırlar. Uşağa, cəmiyyətə görə xoşbəxt olmadığı halda yaşamağa davam edirlər. Halbuki, bu, doğru seçim deyil. Çünki qadın təkcə ana deyil, qadındır. Övladlara görə özünü məsuliyyət altına alıb öz xoşbəxtliyindən əl çəkməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB