"Evdə qaz cihazı varsa, təhlükə var deməkdir" - EKSPERT DANIŞDI

"Evdə qaz cihazı varsa, təhlükə var deməkdir" - EKSPERT DANIŞDI

"Havaların soyuması, payız və qış aylarında istiliyə olan tələbat artdıqca qaz cihazlarına da tələb artır. Ona görə də qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, diqqət edilməli əsas nüanslardan biri kustar üsulla hazırlanan qaz cihazlarından istifadə edilməməsidir: "Sertifikasiyası olan məhsul alınmalıdır. Quraşdırılarkən isə ixtisaslaşmış mütəxəssislər cəlb olunmalıdır. Bəzən bunu insanların özü və yaxud qohum, qonşuya həvalə edirlər. Bu da ciddi problemlərə yol açır. Otaqda mütləq havalandırma olmalıdır. Yanma prosesi düzgün getmədikdə qaz sızması yaranır. Əsasən hamam otaqlarında, hansı ki, açıq oddan qaz sobası qoyulub, burada havalandırma üçün pəncərə olmadığına görə qaz sızması baş verir. Hamam otağının ölçüsü minimun 7 kvadratmetr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Gündə 2 dəfədən az olmayaraq tüstü-bacası təmizlənməlidir. Bu məsələlərə diqqət edilməlidir. Evdə qaz cihazı varsa, təhlükə var deməkdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə