"İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq istəyiriksə yaşıllıqları artırmalıyıq" - EKOLOQ BİLDİRDİ
“Əgər biz təbiətdə gedən iqlim dəyişikliklərinə tab gətirmək, iqlimin neqativ hallarına qarşı mübarizə aparmaq istəyiriksə yaşıllıqları artırmalıyıq”. Bu barədə SİA-ya açıqlamasında ekoloq Telman Zeynalov deyib.
Onun sözlərinə görə, yaşıllıqlar bu neqativliklərlə mübarizə aparır. Küləyi, eroziyanı da yaradan yaşıl ağaclardır. Amma hər yerdə qırılır, məhv edilir: “Havada olan karbon və digər zərərli qazları yaşıllıqlar udur. Dünyanın 80% dövlətləri zavod, fabriklərini bağlayırlar. Guya təbiəti zavodlar çirkləndirir, amma bunu edən zavodlar deyil. İnsanın bədənində karbon qazı olmasa insan ölər. Bədəndə qan dövranını yaradan karbon qazıdır. Mendeliyev cədvəlinin 90%-i karbondan ibarətdir. Bütün bunların səbəbkarı ABŞ milyarderləridir. Dünyada çirkin oyunlar gedir. Mən reallığı danışıram, heç kəs reallığı sevmir".
Bütün xəbərlər Facebook səhifəmizdə