“Ölkəmizdəki tolerant mühit xalqımızı Dəmir yumruğa çevirib” - DEPUTAT DANIŞDI

“Ölkəmizdəki tolerant mühit xalqımızı Dəmir yumruğa çevirib” - DEPUTAT DANIŞDI

“Azərbaycan tolerantlığı və multikulturalizmi yüksək səviyyədə təmin olunmuş ölkədir. Ölkəmizdə dini zəmnində heç vaxt mübahisə baş verməyib. Dini və etnik mənsubiyyətinə görə ayrıseçkilik, təqibə yolverilməsi, diskriminasiya ana qanunumuz olan konstitusiyamızla qadağan olunub. O cümlədən bütün dinlərin fəaliyyəti üçün azad şərait yaradılmış və onlara mütəmadi olaraq dövlət dəstəyi göstərilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, kilsələr, sneqoqlar, məscidlər dövlət dəstəyi ilə yenidən qurularaq dindarların ibadətinə verilmişdir: “Hətta torpaqlarımız 30 il işğal altında saxlayan ermənilərin Bakıdakı kilsəsi də 5 min erməni dilində dini ədəbiyyatla təchiz olunaraq, dövlət tərəfindən qorunur. Milad bayramında provoslav xristianlar Gəncədə və digər kilsələrdə dini ayinlər həyata keirilərək bayramlarını azad şəkildə qeyd ediblər.. Ölkəmizdəki bütün dini icmaların rəhbərləri bir yerdə tədbirlərə qatılır, bir-birinə bayran təbrikləri göndərirlər. Yəni, Azərbaycan tolerantlığın yüksək səviyyəsinə görə dünyada nümunəvi ölkədir.

Çox təəsüf ki, ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan hesabatda Azərbaycana qarşı həqiqətdən uzaq mənfi fikirlər qeyd olunmuşdur. ABŞ belə hesabatlardan öz maraqlarını ifadə etmək üçün istifadə edir. Hətta dini azadlıqla bağlı açıqlanmış hesabatın rəhbəri ermənidir. Hesabatda Azərbaycana qarşı mənfi münasibət niyə sərgiləndiyini də burdan aydın olur. Azərbaycanın torpaqlarını işğal edərək 67 məscidlərimizi yerlə-yeksan edərək, təhqir edən və tarixi torpaqlarımız olan Qərbi Azərbyacanda yüzlərlə islam dini abidəsini məhv etmiş Ermənistana qarşı hesabatda heç nə niyə qeyd olunmur. Təəsüf ki, Qərb həmişə olduğu kimi özünün ikili standartlı repertuarından əl çəkmək istəmir. Ölkəmizdə keçirilən Milad tədbirlərinin beynəlxalq səviyyədə təbliğ olunmasına gəldikdə isə bunu etmək olar. Amma biz ölkəmizdəki tolerantlıq mühütini kimlərinsə xoşuna gəlməsi və ya da hesdabatlarda yer tutmaq üçün yaratmamışıq. Bu, bizim həyat tərzimizdir. Ölkəmizdəki tolerant mühit xalqımızı Dəmir yumruğa çevirmişdir. Ölkəmizi dini və ya milli zəmnində günahlandırmaq istənlərə isə ölkəmizdəki real vəziyyət maraqlı deyil. Onlar ölkəmizdəki tolerantlığı çox yaxşı bilirlər. Sadəcə özlərinin çirkin siyasətini aparmaq üçün belə mövzulardan öz maraqları üçün istidadə ediblər və bundan sonra da edəcəklər. Biz isə düz yoldayıq. Ona görə də ölkəmizə şər-böhtan yapışmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə