"Etibarnamə vətəndaşların başına oyun açır" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
“Vətəndaşlar mümkün qədər avtomobilləri öz adlarına keçirsinlər. Çünki avtomobil kimin adınadırsa onunla bağlı müəyyən problemlər yarana bilər”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sahibi barəsində hansısa problemlər yarana və bu da vətəndaşlara problem yarada bilər: “Nəqliyyat vasitəsinin sahibi dünyasını dəyişə bilər, haqqında məhkəmə yolu ilə həbs qətiimkan tədbiri seçilə bilər, nikah müqaviləsi ləğv oluna bilər. Burada artıq mövzu əmlak proseduruna çevrilir. Bunlardan da heç kəs sığortalanmayıb”.
Ekspert bildirib ki, burada maliyyədən də söhbət gedir: “Rüsumun və digər xidmət haqlarının ödənilməsi, yəni pul məsələsi də var. Amma mümkün qədər bacardıqca onun qiymət xərcini də sənədləşdirmə xərcini də nəzərə almalı, üzərinə gəlməlidirlər. Bir illik etibarnamə insanların başına oyun açır, problemlər yaradır. Düzdür bu hər adama şamil edilmir, amma bəzən nəticələri ağır olur. Avtomobilə həbs qoyula bilir, müəyyən məhkəmə qərarı ilə istismarına icazə verilmir və s. Bu kimi hallar təəssüf ki, mövcuddur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB