Məhkumlar üçün növbəti aşpazlıq kursu təşkil olunub

Məhkumlar üçün növbəti aşpazlıq kursu təşkil olunub

Azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyanın asanlaşdırılması, sosial reabilitasiyanın və ictimai faydalı əməyin aşılanması, keyfiyyətli ərzaq məhsullarından istifadə edilərək yemək hazırlanması məqsədilə məhkum və həbs olunmuş şəxslərin müxtəlif peşə sahələri üzrə kurslara cəlb edilməsi diqqət mərkəzindədir. Bu sahədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən başlanılmış təlim kursları uğurla davam etdirilir. Penitensiar Xidmətdən SİA-ya verilən məlumata görə, ötən ilin avqustunda təqdimatı keçirilmiş layihə üzrə növbəti aşpazlıq kursları ilin son həftəsi qurumun Müalicə müəssisəsində təşkil olunub.

Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə