Niyə gənclər gələcək qayğısı yaşayır? - PSİXOLOQ FİKRİ

Niyə gənclər gələcək qayğısı yaşayır? - PSİXOLOQ FİKRİ

"Gələcək qayğısı insanlarda ciddi psixoloji problem yaratmır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, əslində hər bir insan öz gələcəyinin qayğısına qalmalıdır: "Unutmayaq ki, biz kapitalizm dövründə yaşayırıq. Kapitalizm dövründə hər addımını düzgün hesablamalısan ki, gələcəyin uğurlu olsun. Ona görə də gənclər məsuliyyət daşıyır. Hansı gənclər məsuliyyətlidir, öz ayaqları üzərində sərbəst dayanmaq istəyirlərsə, uğur qazana bilirlər, öz qayğılarına qalırlar. Məişət, iqtisadi, sosial problemlərin həllində bilirlər ki, düzgün qərar verməklə problemin öhdəsindən gəlməlidirlər. İstər ailə, istər iş məsələsi olsun, hər məsuliyyətli şəxs gəncliyindən, yeniyetməlik dövründən bu qayğıları düşünməli, buna görə də qərar qəbul etməlidir".

Psixoloqa əlavə edib: "Bəs gələcək qayğısı hər hansı problem yaradır? Onsuz stress əlavə problem yaradır. Amma bu, problemin nəticəsi kimi özünü göstərmir. Təbii ki, həssas, travmalı insanlar var. Onlar qayğıları da dərindən dərk etmirlər. Bu cür insanlar qayğılara bürünüb onları həll etmək yox, düşünməyi sevirlər. Travmalı insanlar heç bir addım atmır, hərəkət etmirlər. Amma uğurları üçün çalışan insanlar məsuliyyətli insanlardır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə