Laçında həlak olmuş hərbçilərə şəhid statusu veriləcək

Laçında həlak olmuş hərbçilərə şəhid statusu veriləcək

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərə şəhid statusu veriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

O deyib ki, bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə