2023-cü ildə qocalma əleyhinə 5 üsul meydana çıxdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu üsullardan bəziləri hələ sınaq mərhələsində olsa da, həyat keyfiyyətinizi artıraraq qocalma müddətini ləngidir. Alimlər bu məqsədlə bəzi məsləhətlər göstərirlər: stresi azaltmaq, gen terapiyası, kalorini azaltmaq, siqareti tərgitmək, tərəvəz qəbul etmək, normal yuxu rejimi, çoxlu ciyər yemək və su içməyi unutmamaq kimi məsələləri yada salırlar.
ABŞ-dakı Harvard və Duke universitetlərinin tədqiqatçıları DNT-ni bioloji yaşın bir işarəsi kimi ölçdülər və bunun da stresə bağlı olaraq dəyişdiyini gördülər. Bir araşdırmaya görə kalori qəbulunu yüzdə 25% azalda bilən insanlar bioloji qocalmanı yüzdə 3% azalda bilirlər. Yanvar ayında hələ nəşr olunmamış araşdırmada gen terapiyası tətbiq edilən siçanlar müalicədən sonra plasebo vurulan siçanlara görə yüzdə 109% daha uzun yaşadı.
Başqa bir araşdırmada qidalanma və yaşam tərzi dəyişikliyi ilə altı sağlam qadından ibarət qrupda qocalma özünü fərqli şəkildə göstərdi. Yenə də aparılan başqa bir araşdırmaya görə , bol su içmək qocalmanı yavaşladır. Yüksək natrium səviyyəsinə malik insanların gənc yaşda ölmək ehtimalları daha yüksəkdir. Əvvəlki araşdırmalar normal maye qəbulunun ömrü 15 ilə qədər uzatdığını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB